ANS-in aparıcısı tamaşaçıları aldatdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

ANS-in aparıcısı tamaşaçıları aldatdı - VİDEO

“Salam, Azərbaycan” səhər proqramının teleaparıcısı canlı efirdə həmkarları ilə “1 aprel – gülüş günü” ilə əlaqədar zarafatlar edib.


ANS PRESS-in məlumatına görə, məşhur və sevilən teleaparıcı Aytən Səfərova canlı efirdə paytaxt yollarındakı vəziyyəti çatdırmaq üçün NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı ilə bağlantı qurarkən onunla zarafatlaşıb.

Tanınmış teleaparıcı NİİM mütəxəssisinə arxadakı əməkdaşlarından birinin halının pisləşdiyini desə də, onun bu sözləri qarşı tərəfə indandırıcı gəlməyib və Aytən Səfərova bu xanımı aldada bilmədiyi üçün heyifsiləndiyini vurğulayıb.

Daha sonra o, “Şou-Biz” proqramının müxbiri Xanım Eynullayeva ilə də zarafat edib. Belə ki, A.Səfərova şou-biznes müxbirinə mikrofonunun sönmüş vəziyyətdə olduğunu, işləmədiyini deyib. Buna inanan aparıcı mikrofonunu düzəltmək istədikdə xanım Səfərova növbəti “1 aprel qurbanı”nın o olduğunu dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm