Rusiyada Stalinə rəğbət artıb – SORĞU
Bizi izləyin

Bilgi.az

Rusiyada Stalinə rəğbət artıb – SORĞU

Rusiya hüquq müdafiəçiləri rusların Stalinə olan rəğbətinə görə həyəcan təbili çalır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Memorial" cəmiyyətinin üzvü, hüquq müdafiəçisi Arseniy Roqinski bu haqda deyib: "Bu, həyəcan siqnalıdır. Belə nəticə dövlət və insan arasındakı münasibətlərə də öz təsirini göstərir. İctimai rəydə Stalin güclü dövlət simvolu kimi qəbul edilir. Halbuki onun siyasəti cəmiyyətin əleyhinə olub".

Roqinskinin fikrincə, bəzi rusların Stalinə olan rəğbəti pis tendensiyaya aparıb çıxarır. "Memorial" cəmiyyətinin rəhbəri deyib: "Dövlət və insan arasında daha çox insan faktoru əsasdır, nəinki dövlət".

Qeyd edək ki, sosioloji araşdırmalar zamanı rəyi soruşulanların əksəriyyətinin İosif Stalinə yaxşı münasibət göstərməsi məlum olub. Rusların 52 faizi hesab edir ki, Stalin Rusiya tarixində "şərtsiz" və "sözsüz müsbət" rol oynayıb. Sorğuda iştirak edənlərin 30 faizi onun tarixdə mənfi rol oynadığını hesab edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm