Müşfiq Şahverdiyev canlı yayımda Arif Quliyevdən üzr istəyib
Bizi izləyin

Tabloid.az

Müşfiq Şahverdiyev canlı yayımda Arif Quliyevdən üzr istəyib

Yumor ustası Müşfiq Şahverdiyev canlı yayımda pis vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, “Xəzər” telekanalının verilişlərindən birinin qonağı olan aktyor müəllifi olduğu komediya filmlərindən söhbət açıb. Verilişdə onunla birgə xalq artisti Arif Quliyev də iştirak edib. Aparıcının “Siz, “My name is İntiqam” filminin qala gecəsinə Arif Quliyevi dəvət etmişdiniz?” - sualı yumoristi pis vəziyyətdə qoyub. Nə cavab verəcəyini bilməyən Şahverdiyev çıxış yolunu canlı yayımda xalq artistindən üzr istəməkdə görüb:

“Bilirsiniz ki, şou-biznes adamlarının dostu-tanışı çox olur. 500 dəvətnamə təqdimat keçirilən kinoteatrın məsul işçilərinə verdim. Söz verirəm ki, gələn təqdimatda Arif müəllimə dəvətnamə verəcəyəm. Buna görə Sizdən üzr istəyirəm”.

Şahverdiyev həmçinin filminin ikinci hissəsinin çəkilişlərinin hazırlıqları getdiyini də bildirib. Onun sözlərinə görə, filmin növbəti hissəsi Moldovada çəkiləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm