Komitə bu şirkətlərə “halal"lıq verdi
Bizi izləyin

Qırmızı.az

Komitə bu şirkətlərə “halal"lıq verdi

AZS 731-2012 (OİC/SMİİC1:2011) "Halal qida" standartına uyğun sertifikat almaq üçün ötən il "AzeSert Halal" sertifikatlaşdırma orqanına 14 müraciət daxil olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Publika.az-a verdiyi məlumata görə, komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş "AzeSert Halal" sertifikatlaşdırma orqanı bunlardan 9-nun şəraiti və məhsulların keyfiyyəti standarta uyğun gəldiyi üçün sertifikatlaşdırıb.

“Bu il isə 4 müraciətdən artıq 2-dən imtina edilib, digər 2-də "AzeSert Halal" tərəfindən audit davam etdirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə məhsulların keyfiyyətinə və təhlükəsizliyinə, standartlara uyğunluğuna nəzarət edən qurumdur. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılmış monitorinqlər nəticəsində 2014-cü ildə üzərində "halal" yazısı olan 1 məhsulun tərkibində donuz əti aşkar edilib. Bu məhsulu istehsal edən müəssisənin "Halal qida" standartına uyğun sertifikatı olmadığına görə, "halal" sözündən qeyri-qanuni istifadə edib. Bu il isə üzərində əks olunmayan, etiketində bu barədə məlumat yazmayan 2 müəssisənin məhsulunda donuz əti aşkar edilib. Hər üç halda qanunvericiliyə uyğun tədbirlər görülüb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm