Dəb
60-cı illərin feminizm stili dəbdədir - FOTOLAR
50-60-cı illərin feminizm stili bu mövsüm çox aktualdır.
Artıq aprel ayının ilk gününü yaşayırıq. Aprel ayının gəlişi təbii ki, insanların zahiri görkəmində də özünü büruzə verir və dəb öz hökmünü oxuyur. Xüsusən, xanımlar bu mövsümdə dəbdə olan rənglər, yeniliklərlə çox maraqlanır.
Publika.az xəbər verir ki, mövsümün əsas çalarları məlumdur. Bu mövsümdə də 60-cı illərin təsirləri kəskin şəkildə hiss olunacaq. Qısa birtonlu donlar, kostyumlar, hündür bel ətək və şalvarlar, dəst geyimlər, uzun plaşlar və sairə dəb gündəmini zəbt edəcək. Qısa donlar, uzun çəkmələr, geniş yaxalıqlar bu mövsüm xanımları 60-cı illərə səyahətə aparacaq.
Baharın xoş nəfəsi könlümüzü oxşayan rəngləri də dəbə gətirir. Rəng çaları arasında ağ, açıq yaşıl, mavi, çəhrayı, xaki və sarı rənglərin çalarları əsas yer tutacaq.
Üzərində etnik və həndəsi naxışlar olan donlar, köynəklər, saçaqlı çantalar yenə də dəbdədir.
Klassikanın rəngi ağ-qara həmişə olduğu kimi, dizaynerlərin kolleksiyasında öz yerini qoruyub saxlayıb.
Bu il cinslər də hər zamankı kimi aktualdır. Lakin cinslər 60-cı illərin dəbinə uyğun təklif olunur.
O, illərin dəb nümunəsindən biri də jiletlərdir. Vintaj tikiş qrafikləri əsasında tikilən jiletlər sadə obraza rəng qatmaq üçün ideal seçimdir.
O dövrün əvəzolunmaz aksessuarı - şlyapalar bu mövsüm xanımları bəzəyəcək.
60-cı illərin dəbi ilə yaxından tanış olmaq istəyənlərə “Roma tətili” filminə, həmçinin Odri Hepbernin obrazlarına baxmağı tövsiyə edirik.
Aytən
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi