İŞİD peyğəmbərin türbəsini qaraja çevirdi
Bizi izləyin

Dünya

İŞİD peyğəmbərin türbəsini qaraja çevirdi

İŞİD terror təşkilatı Mosulda daha əvvəl bombaladığı Həzrəti Yunusun türbəsini avtomobil qarajına çevirib.

Publika.az xəbər verir ki, bu barədə “Rudaw”a danışan Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul nümayəndəsi Səid Memuzini bildirib.

Səid Memuzini həmçinin İŞİD-in Hıdır Zinde Məscidini də qaraj olaraq istifadə etdiyini deyib. Terror təşkilatı iyulun 24-də Həzrəti Yunus türbəsi və məscidi dinamit yerləşdirərək havaya uçurmuşdu.

Mosul şəhərindəki türbənin keçmişi 1400 il əvvələ gedib çıxır. Quran-i Kərimdə “balığın qarnındakı peyğəmbər” kimi xatırlanan Yunus peyğəmbərin türbəsi Yunus Peyğəmbər Təpəsində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm