“Simurq”da təcili iclas – Klub prezidenti futbolçularla görüşdü
Bizi izləyin

İdman

“Simurq”da təcili iclas – Klub prezidenti futbolçularla görüşdü

"Simurq" Peşəkar İdman Klubunun prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib.

Publika.az xəbər verir ki, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib.

İclasda A.Bəkirov son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır. Hər bir kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır:

“Simurq”un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcəkdir. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti, futbolçulardan qarşıdakı oyunlarda mütləq nəticə qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm