Musiqili Teatrdan balacalara sürpriz
Bizi izləyin

Tabloid.az

Musiqili Teatrdan balacalara sürpriz

Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Dəcəl çəpişlər” adlanır. Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir.

Rejissor fikirlərini Publika.az-la bölüşüb: “Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyəti əsasən, gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assistenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm