Silahlı şəxslər AKP-nin binasını ələ keçirdi – SON DƏQİQƏ (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Silahlı şəxslər AKP-nin binasını ələ keçirdi – SON DƏQİQƏ (YENİLƏNİB)

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Kartal mahal təşkilatının binasına silahlı şəxslər hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bina hazırda silahlı şəxslərin əlindədir.

Polis binanın qarşısından keçən yolu bağlayıb. Binaya xüsusi əməliyyat qrupunun daxil olduğu bildirilir.

Binadakıları çölə çıxaran şəxslər 7 mərtəbəli binanın ən üst mərtəbəsində iki pəncərənin şüşəsini sındıraraq üzərində qılınc şəkli olan Türkiyə bayrağı asıb. Hadisə yerinə cəlb olunan polis ərazini nəzarətə götürüb. Hazırda binada neçə nəfərin olduğu bilinmir.

Hadisəni törədənin bir nəfər olduğu və onun artıq tutulduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm