Azərbaycan TANAP-dakı səhmlərini maliyyələşdirməyə başlayır
Bizi izləyin

Digər

Azərbaycan TANAP-dakı səhmlərini maliyyələşdirməyə başlayır

SOCAR Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsində öz səhmlərini maliyyələşdirməyə başlayır.

Publika.az xəbər verir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP layihəsində “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 58 faiz, BOTAŞ 30 faiz, bp şirkəti isə 12 faiz paya sahibdirlər. Boru kəmərinin tikintisini üç şirkət – “Tefken İnsaat ve Tesisat A.Ş”, “Sicim-Yüksel-Akkord Adi Ortaklığı” və “Fernas İnşaat A.Ş.” həyata keçirəcək.

TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm