Paytaxt sakinləri hansı xəstəliklərdən əziyyət çəkir?
Bizi izləyin

Qırmızı.az

Paytaxt sakinləri hansı xəstəliklərdən əziyyət çəkir?

Bu il fevralın 1-dən martın 31-dək Bakı şəhər əhalisinin 30 faizi icbari tibbi müayinədən keçib. Müayinədən keçən əhalinin 10%-də xəstəlik aşkarlanıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, aşkar olunan xəstəliklər arasında tənəffüs sistemi (16 faiz), qan dövranı (13 faiz), həzm sistemi (12 faiz), əsəb sistemi xəstəlikləri (9 faiz)üstünlük təşkil edib. Xəstəlik aşkar olunmuş pasientlər əlavə olaraq müayinə-müalicəyə cəlb ediliblər. Belə xəstələrin 40 faizi hospitalizasiya olunub, qalanları isə ambulator müayinəyə götürülüb.

Müayinələr may ayının 1-dək davam edəcək. Səhiyyə Nazirliyi tərəfindən ənənəvi olaraq ölkəmizdə hər il keçirilən “Sağlamlıq ayı” çərçivəsində əhalinin icbari tibbi dispanserizasiyasının məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicə olunmasıdır.

Hər kəs yaşadığı ünvana uyğun olaraq, qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Rayonda qeydiyyatda olan, təhsil almaq, işləmək və müxtəlif səbəblərdən paytaxtda yaşayanlar isə qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız qeydiyyatda olduqları poliklinikaya müraciət etməlidirlər.

Qeyd edək ki, böyüklərlə yanaşı, uşaqlar da icbari müayinəyə cəlb edilir. Ötən il “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” əsasında ölkədə 2 milyondan çox uşaq icbari dispanzerizasiyadan keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm