Nida.az
Prezident İlham Əliyev rusiyalı kinorejissor Nikita Mixalkovu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
Nikita Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi
keçirdiyini bildirdi. Bakıda misli görünməmiş inkişafın şahidi
olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun
Bakıda çəkildiyini məmnunluqla xatırladı. Ölkəmizdə gedən böyük
inkişaf proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna
xidmətlərin önəmini vurğulayaraq Ulu Öndərin Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və
möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli
münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə
uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Rusiya
Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun
Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində
əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini
bildirdi. Dövlətimizin başçısı ölkəmizdə mədəniyyətin, o cümlədən
kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı
göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması
istiqamətində ardıcıl işlər aparıldığını da qeyd etdi.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən kinematoqrafiya
sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Sonra Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi
təqdim etdi.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır