İŞİD beynəlxalq körpünü partlatdı
Bizi izləyin

Dünya

İŞİD beynəlxalq körpünü partlatdı

İŞİD terror təşkilatı İraq təhlükəsizlik güclərinin irəliləyişinin qarşısını almaq üçün Anbar vilayətinin inzibati paytaxtı Ramadi şəhərinin şimalında yerləşən Elboriş körpüsünü havaya uçurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Anbar vilayətinin təhlükəsizlik güclərindəki bir səlahiyyətli bildirib.

Onun sözlərinə görə, havaya uçurulan körpü şəhəri beynəlxalq yollarla bağlayır.

İraq parlamentinin üzvü Məhəmməd Kerbuli isə İŞİD-in Anbar vilayətinin şimalında iki bölgəni yenidən ələ keçirdiyini deyib. O, İraqın baş naziri Heydar Abadi və müdafiə naziri Xalid Ubeydidən bölgəyə əlavə güc göndərməsini istəyib.

İraq təhlükəsizlik gücləri İŞİD-in işğalı altındakı Anbar vilayətində mart ayının əvvəlindən genişmiqyaslı əməliyyatlar həyata keçirir. İşğal altındakı Ramadi paytaxt Bağdaddan 115 kilometr uzaqlıqda yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm