Hərbi təhsil almaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı
Bizi izləyin

Qırmızı.az

Hərbi təhsil almaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı

Azərbaycanda hərbi məktəblərə 2015-2016-cı tədris ili üçün sənəd qəbuluna başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 1-dən etibarən Heydər Əliyev adına Ali Hərbi Məktəbə, “hərbi həkim işi” ixtisası üzrə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə, “feldşer” ixtisası üzrə Hərbi Tibb Məktəbinə, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər üçün ərizə və sənədlərin qəbuluna start verilib.

Sənədlərin qəbulu mayın 10-dək davam edəcək.

Nazirliyin mod.gov.az saytında müvafiq bölməyə daxil olmaqla tələb olunan sənədlər və qəbul qaydaları barədə daha ətraflı məlumat əldə etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm