Qırmızı.az
Bakıda bu küçədə təhlükəli vəziyyət yaranıb - FOTOLAR/VİDEO
“Azəryolservis” paytaxın Yusif Səfərov küçəsində daimi tıxacların yaranması səbərlərini açıqlayıb.
"Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Publika.az-a bildirdiyinə görə, əvvəllər Nizami küçəsinin davamı olaraq Keykab xanım Səfərəliyeva küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan hissəsinin yenidən qurulmasında məqsəd Yusif Səfərov küçəsindən, eyni zamanda Cavanşir körpüsünün yanından Keykab xanım Səfərəliyeva küçəsinə, o cümlədən Nizami və Keykab xanım Səfərəliyeva küçələrindən Cavanşir körpüsü istiqamətinə çıxışı təmin etmək idi. Lakin yalnız Cavanşır körpüsü istiqamətindən və Keykab xanım Səfərəliyeva küçəsindən həmin ərazidə olan dəmir yol xəttinə qədər hərəkət etmək olurdu: Belə ki, dəmir yol xəttinin yanından Yusif Səfərov küçəsinə hərəkət mümkün deyildi. Çünki həmin ərazidə giriş qadağandır nişanı quraşdırılmışdı. Səbəb Yusif Səfərov küçəsinin yükünü şəhərə yönəltmək idi.
Mətbuat katibinin sözlərinə görə, artıq bir neçə vaxtdır ki, vəziyyət dəyişib. Girişi qadağan edən nişan ərazidən götürülərək şəhərin bütün yükü Yusif Səfərov küçəsinə yönəldilib:
“Bununla da həm Nizami küçəsinin Keykab xanım Səfərəliyeva küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində, eyni zamanda Yusif Səfərov küçəsində vəziyyət acınacaqlı duruma düşür. Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri isə tıxac bir tərəfə, hətta qəza şəraiti ilə rastlaşırlar. Buna görə də əvvəlki vəziyyətə qayıtmaq zərurəti yaranıb. Belə ki, həmin ərazidən Yusif Səfərova girişi qadağan edən yol nişanının quraşdırılmasına, Yusif Səfərov küçəsindən Nizami küçəsinə girişi qadağan edən yol nişanının götürülməsinə böyük ehtiyac var. Yaranmış vəziyyətdən çıxış yolu ancaq budur. Əgər həmin ərazidə müvafiq tədbir görülməsə, Yusif Səfərov küçəsindəki tıxacı aradan qaradan qaldırmaq mümkün olmayacaq”.
Onun sözlərinə görə, Nizami küçəsi hazırda demək olar ki, nəqliyyatın hərəkəti üçün deyil, avtomobillərin park edilməsi üçün istifadə edilir.
Gülnar
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək