Nida.az
KXCP-nin namizədi kim olacaq? – klassiklərin çətin hazırlığı
Klassik Xalq Cəbhəsi Partiyası bu ilin noyabrın 1-də
keçiriləcək parlament seçkilərilə yanaşı, özünün 3-cü qurultayına
hazırlaşır.
Bu barədə Publika.az-a açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə yerlərdə hesabat-seçki yığıncaqları keçirilir:
“Başda partiya sədri olmaqla, sədr müavinləri, İdarə Heyətinin
üzvləri rayonlarda olurlar, iclaslarda iştirak edirlər. Azərbaycan
boyu zona müşavirələri keçirilir, təşkilatlanma işi gedir. Həmçinin
bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlərin
müəyyənləşməsi gedir. Çalışırıq ki, seçki dairələrindən səs ala
biləcək şəxslərin namizədliyini irəli sürək. Namizədlərimiz əsasən
partiya üzvlərindən, rayon şöbələrimizin rəhbərləri və
nümayəndələrindən ibarətdir. Millətdən mandat ala biləcək
namizədlərimizin müəyyənləşməsini arzulayırıq. Bu olmayacağı
təqdirdə belə heç bir seçki dairəsini boş buraxmaq istəmirik.
KXCP-nin qəbul etdiyi və partiyamızı qəbul edən, bitərəf şəxslər,
ziyalılar, yaxud başqa partiya nümayəndələri KXCP-nin namizədi ola
bilər”.
KXCP-nin “Azadlıq-2015” seçki blokunda təmsil olunduğunu
xatırladan X. Teyyublu əlavə edib ki, o yerdə ki partiyanın
namizədi olmayacaq, 8 partiyanın təmsil olunduğu blokun namizədini
müdafiə edəcəklər.
Mirəlioğlunun namizədliyi bəlli deyil
Onun sözlərinə görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun bir neçə
dairə üzrə namizədliyi üzərində dayanılıb: “Bu dairələr ətrafında
müzakirələr gedir. Seçkiyə yaxın müddətdə dəqiqləşmə aparıb
Mirmahmud bəyin hansı dairədən namizədliyini irəli sürəcəyini
açıqlayacağıq. Bir neçə seçki dairəsini gözaltı etmişik. Tək
Sumqayıt yox, Azərbaycanın istənilən seçki dairəsindən namizədliyi
irəli sürsə, Mirmahmud bəy qalib olar. O, xalq tərəfindən qəbul
edilən şəxslərdən biridir. Götür-qoy edəndən sonra qərar
veriləcək”.
O, KXCP sədr müavinlərinin namizəd olacağını da deyib. Özünün
isə 20 saylı Nərimanov seçki dairəsindən namizəd olacağını
açıqlayıb: “Düzdür, partiyada hələ müzakirələr gedir, amma bu
dairədən namizədliyimi irəli sürmək istəyirəm”.
Pənah Hüseyn KXCP-dən namizəd olur?
X. Teyyublu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin
KXCP-dən namizəd olacağı barədə yayılan xəbərə də aydınlıq gətirib:
“2010-cu ildə parlament seçkilərinə Azərbaycan Xalq Cümhuriyyəti
bloku ilə qatıldıq. O zaman Pənah Hüseyn həmin blokdan
namizədliyini irəli sürmüşdü. Bu il də Azərbaycan Xalq Partiyası
ilə eyni blokdayıq. Pənah bəyin hansı seçki dairəsindən namizəd
irəli sürülməsi “Azadlıq-2015” seçki blokunda müzakirədədir. Hansı
dairədən namizəd olacaqsa, KXCP Pənah Hüseyni müdafiə
edəcək”.
“Partiyada Mirmahmud bəyə rəqib
görmürəm”
KXCP funksioneri əlavə edib ki, partiya qurultayını parlament seçkilərindən qabaq keçirməyi planlaşdırırlar: “Təşkilatlanma işi və nizamnamə baxımından bunu məqbul sayırıq. Yerlərdə rayon şöbələrinin konfranslarının yarıdan çoxu keçirilmiş sayılarsa, partiya Ali Məclisi çağırıb qurultayın gününü təyin edəcək. Hələ yarıya çatmamışıq, proses gedir”.
Partiya sədrliyinə iddialılara gəlincə, KXCP nizamnaməsinə görə
yalnız qurultay günü sədrliyə namizədlər irəli sürülür. X. Teyyublu
qeyd edib ki, namizədlər qurultay günü bəlli olur: “Orada say
komissiyası yaradılır, namizədlər elan olunur və seçki keçirilir.
Hazırki siyasi vəziyyətdə Mirmahmud bəyə rəqib görmürəm. O,
Azərbaycan siyasətində sözünü deməyi bacaran şəxsdir və sədr kimi
partiyamıza lazımdır”.
KXCP rəsmisi ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına
boykot çağırışlarına məhəl qoymadıqlarını da dilə gətirib: “Ölkənin
tanınmış idmançılarından biri olmuşam, fikrimcə, bütün idman
yarışları müdafiə olunmalıdır. İdman yarışları həmişə ölkəyə ucalıq
gətirir. Əlbəttə, Azərbaycan öz gücünü, sistemini və baxışını
ortaya qoyur, bunu normal qəbul etmək lazımdır. Bacardıqca bu idman
yarışlarını keçirmək lazımdır”.
Asif Nərimanlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR