Elman Rüstəmovdan evsizlərə ipoteka vədi: "Pul artırılır"
Bizi izləyin

Digər

Elman Rüstəmovdan evsizlərə ipoteka vədi: "Pul artırılır"

İpoteka proqramına dəyişikliklər artıq reallaşmaq üzrədir. Mərkəzi Bank ölkədə ipoteka kreditləşməsinin həcminin ciddi artımı üzrə hökumətə təklif göndərib.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, təklif ipoteka krediti məbləğinin artırılmasını, sosial və kommersiya ipotekası üzrə maliyyələşdirmənin həcminin dəfələrlə artırılmasını, ucuz mənzillərin maliyyələşdirilməsini, regionlarda ipoteka kreditləşməsi imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ipotekaya ayrılan vəsaitin artırılması nəticəsində istər sosial, istərsə də adi ipotekanın maksimal məbləğinin qaldırılması nəzərdə tutulur. Bundan əlavə, MB-nın hazırladığı təkliflərə kredit götürənlərin seçim imkanının genişləndirilməsi daxildir. Yeni tikilən binalardan da ipotekayla mənzil almaq mümkün olacaq.

Mərkəzi Bank ipotekanın regionlarda da geniş tətbiqini təmin edəcək. Xüsusilə bölgələrdəki müəllimlərin, həkimlərin və gənc ailələrin ipoteka ilə təmin olunması üçün mexanizm hazırlandığı deyilir. Bu zaman banklara ayrılan ipoteka kreditinin müəyyən hissəsi sırf regionlar üçün nəzərdə tutulacaq. Yeni strategiyaya sosial evlərin tikilməsi də daxildir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm