Türkiyənin məşhur TV və qəzet təmsilçiləri sabah Bakıya gəlir - ADLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyənin məşhur TV və qəzet təmsilçiləri sabah Bakıya gəlir - ADLAR

Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının (MŞ) dəvəti ilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ölkəmizdə səfərdə olacaqlar.

Publika.az bildirir ki, Şuradan Trend-ə verilən məlumata görə, qardaş ölkənin "Sabah", "Posta", "Hürriyyət" qəzetlərinin, Fox, NTV, ATV, "Kanal A", "CNN Türk" və digər telekanallarının, həmçinin "Anadolu" agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edəcək.

Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlar Azərbaycan Prezidenti Administrasiyasında, Milli Məclisdə, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşlər keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm