İdman
"Neftçi" qalib gəldi
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, III dövrənin son turunun ilk oyun
günündə 3 matç keçirilib.
Tura "Simurq" - AZAL matçı ilə start verilib. Avropa Liqasına
vəsiqə uğrunda yarışan komandaların oyununda bir qol vurulub. 37-ci
dəqiqədə Draqan Çeran penaltini dəqiq yerinə yetirərək "Simurq"a
qələbə qazandırıb. 44-cü dəqiqədə AZAL da penalti vurmaq imkanı
əldə edib. Amma Freddi Mombonqonun zərbəsi dəqiq olmayıb.
Dünən rəhbər dəyişikliyinə gedən "Neftçi" autsayder "Bakı"nı qəbul
edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə
isə Julius Vobay fərqlənib. Bununla da "Neftçi" 2:0 hesablı qələbə
qazanıb.
Günün digər oyununda "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı
sınağa çəkib. Bol qollu keçən oyunda hesabı 10-cu dəqiqədə
qonaqlardan Slavik Alxasov açıb. 30-cu dəqiqədə Rasim Ramaldanov
bərabərliyi təmin edib. 63-cu dəqiqədə "Xəzər Lənkəran" Ruslan
Poladovun avtoqoluna sevinsə də, 6 dəqiqə sonra Aleksandr
Çertoqanov yenidən oyunda status-kvo yaradıb. Buna baхmayaraq
"Xəzər Lənkəran" qələbə qolunu vura bilib. 87-ci dəqiqədə rəqib
qapısına yol tapan Mauel Skarlatake qələbənin müəllifi olub -
3:2.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "İnter" oyunu ilə
yekun vurulacaq. "Qəbələ" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXVII tur
1 aprel
Simurq - AZAL 1:0
Qol: Draqan Çeran, 37-pen.
Xəzər Lənkəran - Sumqayıt 3:2
Qollar: Rasim Ramaldanov, 30. Ruslan Poladov, 63 (avtoqol). Mauel
Skarlatake, 87 - Slavik Alxasov, 10. Aleksandr Çertoqanov, 69.
Neftçi - Bakı 2:0
Qollar: Nikolas Kanales, 42. Julius Vobay, 65.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL