İçi doldurulmuş bibər - Resept
Bizi izləyin

Mətbəx

İçi doldurulmuş bibər - Resept

Publika.az-ın mətbəx bölməsi içi doldurulmuş bibər xörəyinin reseptini təqdim edir:

İnqrediyentlər:

2 ədəd iri bolqar bibəri

200-300 qram ət qiymə

1 pomidor

Bir parça pendir, göyərti

Hazırlanması:

Şirin bolqar bibərlərini yarıya bölün, içərisini təmizləyin. Bibərin içərisini adi qaydada hazırlanmış ətlə doldurun.

Pomidoru həlqə formasında kəsin və ətin üzərinə qoyun. Üzərinə sürtgəcdən keçirilmiş pendir tökün.

Sobada 20-25 dəqiqə qızardın.

Hazır olanda üzərinə göyərti səpin. Qarnir üçün yanına düyü və kartof qoymaq olar.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm