Kişiləri zorladıqdan sonra doğrayıb yeyən manyak – FOTOLAR
Bizi izləyin

Cinayət tarixçəsi

Kişiləri zorladıqdan sonra doğrayıb yeyən manyak – FOTOLAR

Adətən, seksual manyakların qurbanı ya qadınlar, ya uşaqlar olur. Bu mənada Cefri Layonel Damer istisnadır.

Onun qurbanlarının hamısı kişi idi. O, 1978-1991-ci illər aralığında 17 nəfərin həyatına son qoymuşdu. Cefri qurbanlarını təkcə zorlamırdı, bəzilərini yeyirdi.

Publika.az bu gün ABŞ tarixinin ən amansız seksual manyakı haqda yazını təqdim edir.

Uşaqlığı

Cefri 1960-cı ildə Viskonsin ştatının Miliuoki şəhərində anadan olmuşdu. Kişik yaşlarında ailəsi Ayova ştatına köçür. Cefri 6 yaşında qarnındakı yırtıqdan əməliyyat keçirir. Bundan sonra uşaq özünə qapanır. Bir müddət sonra atası polis şöbəsinə müraciət edir. Kiçik Cefrini qonşu kişi zorlamışdı. Polis zorlama faktını sübut edə bilmir. Bəlkə də, elə həmən andan onun psixikasında dəyişikliklər yaranır. Cefrinin dostu yox idi. Ailəsi tez-tez bir ünvandan digərinə köçürdü. Cefri 9-cu sinifdə oxuyanda isə valideynləri boşanırlar. Yeniyetməlik çağında onda homoseksuallığa meyil yaranır. Sinif yoldaşlarından biri ilə yaxın münasibətdə olur. Eyni zamanda, ölmüş heyvanlara marağı olduğunu da aşkar edir. Heyvanların cəsədlərini küçədən evə gətirir. Bəzi hissələrini kəsib içində farmolin olan bankada saxlayır. Cəsədin qalan hissəsini isə həyətdə basdırırdı.

Məktəbdə onu sevən yox idi. Ən yaxşı halda təlxək kimi baxırdılar. Heç Cefri də onları sevmirdi.

İlk qətl

İlk qətlini məktəbi bitirdikdən az sonra törətdi. 1978-ci ildə Damer Stiven Hiks adlı 17 yaşlı yeniyetmə ilə tanış oldu. Onlar barda əyləndilər. Cefri onu evinə dəvət etdi. Kef məclisi zamanı xeyli marixuana çəkdilər, sonra seksə məşğul oldular.

Nəhayət, Stiven getmək istəyəndə Cefri onun başına arxadan ağır dəmir parçası ilə zərbə endirdi. Meyiti doğradı. Plastik torbalara yığıb həyətində basdırdı.

1979-cu ilin baharında Damer könüllü olaraq ordu sıralarına getdi. San-Antonio bazasında sanitar kursları keçdi. Lakin onu orduda da sevmədilər. Tez-tez içib sərxoş olurdu. Tezliklə onu ordudan qovdular.

İkinci qətli təxminən 10 il sonra törətdi. 1987-ci ildə Cefri ikinci qurbanını qətlə yetirdi. O, 25 yaşlı Stiven Toumini "Ambassador" mehmanxanasında öldürdü. Meyiti isə otelin hamamında doğrayıb çamadana yığdı. Sonra şəhər zibilliklərindən birinə atdı.

Zaman keçdikcə onda qəribə meyil yaranırdı. O öldürdüyü yeniyetmələrin meyiti ilə cinsi əlaqəyə girirdi. Bəzilərinin ətini yeyirdi. Bu prosesləri fotokamera ilə çəkirdi. Sonradan meyitləri daha basdırmırdı. Onları sulfat turşusunda əridirdi. Ancaq meyitlərin bəzi hissələrini xatirə kimi farmolin dolu bankalarda saxlayırdı.

Ömürlük cəza

Damer 1991-ci il iyunun 22-də həbs edildi. Treysi Edvards adlı yeniyetmə son anda manyakın əlindən qaçıb küçəyə çıxdı, hay-küy salaraq kömək çağırdı. Polis Cefrinin evində axtarış aparanda isə hər şey məlum oldu.

Polis onun izinə çıxarkən evdə həmin bankaları aşkarladı. Həmçinin soyuducuda insan əti tapıldı... Ona ittihamlar irəli sürülməsində də bu faktlar həlledici oldu.

Miluoki şəhərinin tarixində Cefri Damerin məhkəməsi ən bahalı proses kimi tarixə düşdü. Məhkəmə prosesi televiziya ilə birbaşa translyasiya edilirdi.

Damerin vəkili onu psixi xəstə kimi göstərmək istəsə də, bu cəhd alınmadı. Şəhərlilər Damerə çox qəzəbli idilər. Hətta onun yaşadığı ev belə uçuruldu.

Məhkəmə ona ömürlük həbs cəzası verdi. Lakin manyak həbsxanada belə sakit yaşaya bilmədi. 1994-cü ildə kamera yoldaşı Cefri Damerin başını dəmir parçası ilə əzərək öldürdü.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm