Pəhriz görün nə hala saldı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Pəhriz görün nə hala saldı - FOTOLAR

Gün ərzində 10 kalori qəbul edən qız ölümdən necə geri döndüyünü açıqlayıb.

Publika.az ölüm ayağında olan və anoreksiyadan əziyyət çəkən qızın həyat hekayəsini təqdim edir.

Kembricdən olan 24 yaşlı Bet Hol yeniyetmə yaşlarında şokolad mağazasında işləyib. Elə o vaxtdan etibarən qızın çəkisi 85 kiloqram olub. Kök olduğuna görə Bet məktəbdə tənqidlərə məruz qalıb və ələ salınıb. Buna görə də, Bet 16 yaşından pəhriz saxlamağa başlayıb. Onun pəhrizi isə bundan ibarət olub: gün ərzində qara çay və ya qəhvə. Hətta, 3 gün ərzində qida da qəbul etməyib.

Nəticədə qız sürətlə arıqlamağa başlayıb. O deyib: “Mən güzgüdə piyli donuz görürdüm. Gün ərzində yalnız qəhvə və çay içirdim. Elə olurdu ki, dilimə günlərlə yemək dəymirdi”.

Nəticədə, qız həzm sisteminin pozulması diaqnozu ilə xəstəxanaya aparılıb. Betə anoreksiya diaqnozu qoyulub. Qızın bu vəziyyətə düşməsi 2009-cu ildə universitetdən qovulmasına da səbəb olub.

2011-ci ildə özünü aclıqla məhv etdiyi üçün Betin böyrəklərində infeksiya yarandı. O deyib: “Həkim mənə dedi ki, az qala dərimin altındakı bütün orqanları görə bilir. Əgər həzm sistemim normaya düşməsə öləcəyimi dedi. Mən yeməklərə və onların verdiyi qidalar nifrət edirdim. Lakin sağ qalmaq üçün yeməli idim”.

Bet klinikada 4 ay qaldıqdan sonra evə buraxılıb. Buna baxmayaraq, onun tam sağalması üçün 1 il vaxt lazım gəlib. O, bir ildən sonra universitetə qayıda bilib.

Sonda isə Bet özünü aclığa düçar edən insanlar üzünü tutaraq deyib: “Ümid edirəm ki, bu dediklərimdən qızlar örnək götürəcək”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm