Magazin1
Müğənni qəzəbləndi: “Toy mahnılarını efirə gətirməsinlər”
Müğənni Eldar Ələkbərov aparıcılardan gileylənib.
Publika.az-ın məlumatına görə, müğənni “Space”in “Günaydın” verilişində sənətçilərin məcburiyyət qarşısında toy musiqilərinə üstünlük verdiyini deyib:
“Baxıram ki, zövqlər sıfıra enib. Son zamanlar toy şənliklərində tez-tez oluram. Qonaq getdiyim toylarda 400-500 nəfər birdən-birə ortaya düşüb oynayır. Deyirəm ki, kaş oynamağa belə maraq göstərdikləri qədər də musiqiləri dinləməyə həvəsli olaydılar. Toy o demək deyil ki, hamı ortaya düşüb oynasın. Düşündürən musiqilərə də qulaq asmaq lazımdır. Amma efirə çıxan kimi bizdən toy musiqiləri istəyirlər. Mən də məcbur qalıb onların istəyinə uyğun mahnılar oxuyuram. Amma əsl sənət əsərlərini ifa etməyə imkan vermirlər. Heç olmasa, toy mahnılarını efirə gətirməsinlər”.
Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.
Cəvahir
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı