Futbolçular Kloppla vidalaşdı – “Səninlə yaşadığımız anları unutmayacağıq”
Bizi izləyin

İdman

Futbolçular Kloppla vidalaşdı – “Səninlə yaşadığımız anları unutmayacağıq”

Dünən bir xəbər bütün Avropanın idman mətbuatını silkələdi. Dortmunddan gələn bu xəbər Yürgen Kloppla bağlı idi. Mütəxəssis “Borussiya”dan ayrılmaq qərarına gəldiyini açıqladı. Təkcə Dortmund yox, bütün Almaniya, hətta Avropa bu xəbəri təəssüflə qarşıladı. Səbəbi məlumdur. O, “Sarı-qaralar”ın yenidən nəhəng klublar sırasına qaytıtmasının səbəbkarı idi. Amma qərar artıq verilib. Mövsümün sonunda onun klubla yolları ayrılır. Yetirmələri isə indidən sosial şəbəkələrdə sevimli baş məşqçilərinə vida statusları yazırlar. Hazırda Kloppun ünvanına minlərlər təşəkkür mesajı gəlir.

Publika.az futbolçuların təşəkkür statuslarını təqdim edir.

Nuri Şahin: “Çox təəssüf edirəm. Uşaqlıq arzularımın reallaşmasında əməyi keçən böyük insan və istedadlı məşqçi mövsümün sonunda bizi tərk edəcək. Sizinlə və sizin məşqçi heyətiylə keçirdiyim müddət ərzində futbol aləmində sayılıb-seçilən insan oldum. Sizdən çox şey öyrəndim. Yalnız bircə söz deyə bilərəm: Sa ol, müəllim!”

Mats Hummels: “Gözəl illər oldu. Əminəm ki, “Borussiya” üçün elədiklərinə görə ona sonsuz minnətdarlıq düşür. Onunla layiq olduğu şəkildə sağollaşmaq hamımızın borcudur”.

Yakub Blaşikovski: “Birlikdə keçirdiyimiz 7 ilə görəcox sag ol, baş məşqçi!”

Patrik Obameyanq: “Sag ol, Kloppo!”

Marko Roys: “Təşəkkürlər Boss. Sizinlə keçirdiyim unudulmaz üç il ərzində çox şey öyrəndim. Pis günümdə də, yaxşı günümdə də dəstəyinizi hiss etdim. Dərin minnətdarlığımı bildirirəm”.

İlkay Gündoğan: “Səninlə keçirdiyim 4 ilə gprə sag ol, Kloppo! Bu illəri heç zaman unutmayacam”.

Kevin Qrosskroyts: “6 il birlikdə olduq. Sizsiz bəlkə də mən indi olduğum yerdə olmazdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm