Bakıda dəhşətli qəza: "Lifan" iki yerə bölündü - 3 ölü - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli qəza: "Lifan" iki yerə bölündü - 3 ölü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Deformasiyaya uğramış “Lifan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Digər sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

22:30

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm