Əsəd: “Əl-Nüsra” İdlibi Türkiyənin dəstəyi ilə ələ keçirdi”
Bizi izləyin

Dünya

Əsəd: “Əl-Nüsra” İdlibi Türkiyənin dəstəyi ilə ələ keçirdi”

Suriya prezidenti Bəşər Əsəd Türkiyəni növbəti dəfə terrorçulara dəstək verməkdə ittiham edib.

Publika.az xəbər verir ki, Əsəd İsveçin “Expressen” qəzetinə müsahibəsində Suriyanın İdlib şəhərinin ələ keçirən “Əl Qaidə”nin Suriya qolu “Əl-Nüsra” Cəbhəsinə Türkiyənin dəstək verdiyini deyib.

Bəşər Əsəd Türkiyə ordusunun kəşfiyyat və hərbi dəstəyinin İdlibin itirilməsində əsas faktor olduğunu söyləyib. Suriya prezidenti Türkiyənin hərbi və kəşfiyyat dəstəyi ilə yanaşı, Qətər və Səudiyyə Ərəbistanının terrorçulara maliyyə dəstəyi verdiyini iddia edib.

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgi ilə “Reuters” informasiya agentliyinə açıqlamasında Əsədin iddialarını “əsassız” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm