İraq ordusu 2 şəhəri İŞİD-dən azad edib
Bizi izləyin

Dünya

İraq ordusu 2 şəhəri İŞİD-dən azad edib

İraq hərbçiləri aprelin 17-də ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazinin nəzarətə götürüldüyünü deyirlər.

Publika.az-ın məlumatına görə, general Ayad al Lahabi İraqın hökumət qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə,Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa etdiyini bildirib.

General bu döyüşlərdə 160-a yaxın yaraqlının öldürüldüyünü deyib. Onun sözlərinə görə İraq qüvvələri hazırda Beji zavodunu mühasirəyə alıb, yaraqlıların blokadasını yarmağa cəhd göstərirlər.

Zavod hökumət qoşunlarının nəzarətindədir. İraqın hökumət qüvvələri aprelin 2-də yaraqlıların əlində olan Tikrit şəhərini də azad ediblər. Bir neçə gün idi ki, ağır döyüşlər gedən Ramadi şəhərində isə hazırda nisbi sakitlikdir.

İslam Dövləti yaraqlıları aprelin 15-də Ramadi istiqamətində əks-hücuma keçiblər.

Hazırda İraq və Suriyanın bir sıra əraziləri yaraqlıların nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm