Qırmızı.az
Tələbələrə şad xəbər: Maaş alacaqlar
Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil alan bəzi tələbələr' təqaüd deyil, maaş veriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Publika.az-a verilən məlumata görə, bu ildən ilk dəfə olaraq AMEA sisteminə daxil olan institut və elmi müəssisələrə magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq. Həmin tələbələr AMEA-da təhsil aldıqları müddətdə elmi işçi kimi fəaliyyət göstərəcəklər.
AMEA-da magistraturada təhsil alan tələbələr Təhsil Nazirliyi sisteminə daxil olan tələbələrdən fərqli olaraq, təqaüd deyil, elmi işçi kimi təqaüddən daha yüksək məbləğdə olan əməkhaqqı alacaqlar. Bununla yanaşı, onların təhsil müddətlərini başa vurduqdan sonra institutlarda elmi işçi kimi fəaliyyətlərini davam etdirməsinə imkan yaradılacaq: “Bununla da onlar həm magistraturada təhsil alacaq, həm də işlə təmin ediləcəklər”.
Qeyd edək ki, bu ildən AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı