"Yunanıstan Avrozonada qalacaq"
Bizi izləyin

Dünya

"Yunanıstan Avrozonada qalacaq"

Yunanıstanın maliyyə naziri Yanis Varufakis Vaşinqtonda jurnalistlərə verdiyi müsahibədə ölkəsinin avrozonada qalacağını vurğulayıb.

Nazir Yunanıstanın beynəlxalq kreditorlarla “ədalətli saziş” imzalanacağına inamını ifadə edib. Eyni zamanda məmur kreditorların ölkədə sərt iqtisadi islahatlarla bağlı tələblərini tənqid edib və ölkə iqtisadiyyatına zərər gətirə biləcək islahatlara imza atmayacağını söyləyib. Yeni 7,2 milyard avro dəyərində maliyyə yardımını almaq məqsədilə Yunanıstan kreditorlar tərəfindən qəbul edilmiş iqtisadi islahatları yerinə yetirməlidir. Ölkə hökuməti aprelin 24-də Riqada keçiriləcək Avroqrupun maliyyə nazirləri ilə görüşündə razılığa gələcəyinə ümid edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm