Özbəkistanda yüzü haqlayana əlavə pensiya veriləcək
Bizi izləyin

Dünya

Özbəkistanda yüzü haqlayana əlavə pensiya veriləcək

Özbəkistanda hökumətin yeni planına əsasən 100 yaşına çatan vətəndaşlara aylıq mükafat müavinətləri veriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə “Central Asian News” internet saytı xəbər yayıb. Məlumata görə, Özbəkistanda 100 yaşı haqlayanlara ayda 30 dollar müavinət veriləcək.

Yerli ekspertlərin fikrincə bu məbləğ ölkənin minimum əmək haqqı qədərdir və mövcud təqaüdə əlavə olaraq veriləcək.

Özbəkistanda illərə ad vermək ənənəsi var və 2015-ci il “Qocalara qayğı ili” adını qazanıb.

Burda bircə problem var ki, o da Özbəkistanda yüz yaşa çatmaq məsələsidir.

Dünya Bankının məlumatına görə, ölkədə ömür uzunluğu gözləntisi qadınlar üçün 71,7, kişilər üçünsə 65 yaşdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm