“Dragon” Beynəlxalq Kosmos Stansiyasına çatıb
Bizi izləyin

Texnoloji

“Dragon” Beynəlxalq Kosmos Stansiyasına çatıb

Kosmik raket istehsalçısı “SpaceX”in “Falcon 9” raketdaşıyıcısı ilə orbitə buraxdığı “Dragon” raketi Beynəlxalq Kosmos Stansiyasına çatıb.


Aprelin 15-də Floridadakı “Cape Canaveral” kosmodromundan qalxan, 1800 kiloqram texniki vasitə və ərzaqla yanaşı kosmonavtlar üçün xüsusi olaraq hazırlanan ekspresso maşınını daşıyan “Dragon” nəhəng bir robot qolun köməyi ilə stansiyaya bərkidilib.

Şirkət iyunda Beynəlxalq Kosmos Stansiyasına yenidən texniki vasitə və ərzaq göndərəcək.

Qeyd edək ki, ABŞ-ın Aerokosmik Agentliyi – NASA 2011-ci ildə “SpaceX” şirkəti ilə müqavilə imzalayıb və şirkət indiyə kimi Beynəlxalq Kosmos Stansiyasına 7 səfər təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm