Dörd yaşındakı uşağın sualı Putini güldürdü
Bizi izləyin

Dünya

Dörd yaşındakı uşağın sualı Putini güldürdü

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya və radiostansiyalar ilə ənənəvi birbaşa yayımla vətəndaşların suallarını cavablandırıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, ölkənin bütün regionlarından gələn sualları cavablandıran Putin 4 yaşındakı bir uşağın sualına gülüb.

Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində yaşayan uşaq Rusiya prezidentindən neçə saat yatdığını soruşub. Dövlət başçısı olmaq istədiyini söyləyən kiçik uşaq “Amma dövlət başçısı olmaq çox çətindir. Gündə neçə saat yatırsınız? Mən yatmağı həqiqətən çox sevirəm” deyib.

Suala zarafatla cavab verən Vladimir Putin “Yatmağı sevməyin möcüzədir. Demək ki, yaxşı bir prezident olacaqsan” söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm