Bu çay qarın yağlarını əridir
Bizi izləyin

Sağlamlıq

Bu çay qarın yağlarını əridir

Daha incə bədən quruluşuna sahib olmaq üçün təbiətin möcuzələrindən istifadə edin. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, mütəxəssislər tərxun çayının qarın piylərini əritməkdə çox effektli olduğunu söyləyirlər.

Türkiyəli diyetoloq Səlahəttin Dönməz qarın yağlarını əritmək üçün tərxun çayının möcüzəli xüsusiyyətlərindən istifadə etməyi tövsiyə edir. O, “Bu çay ilə artıq yağlardan xilas olmağınız mümkündür. Əlbəttə, yeməyimizə diqqət etmək və hərəkətsiz qalmamaq şərtilə istədiyiniz nəticəni daha tez əldə bilərsiniz” – deyib.

Bu çay həm qarın yağlarını əridir, həm də yağlanmanın qarşısını alır. Diyetoloq Səlahəttin Dönməzin resepti olan tərxun çayının hazırlaması son dərəcə bəsitdir.

Ərzaqlar:

1 ədəd limon qabığını rəndələyin

1 ovuc içi qədər təzə tərxun

1 ovuc içi qədər təzə adaçayı

1 çimdik quru cökə yarpaqları

1 çay qaşığı mixək

Hazırlanması:

Bütün bitkiləri çini, ya da şüşə bir çaydana tökün. Üzərinə 2 stəkan qaynanmış su əlavə edin. Çaydanın qapağını bağlayıb dəmə qoyun Yeməkdən əvvəl bir fincan için.

Bu çay şəkərsiz içilir.

Sağlam və incə olun!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm