Yaya maye pəhrizi ilə hazırlaşın!
Bizi izləyin

Sağlamlıq

Yaya maye pəhrizi ilə hazırlaşın!

Maye pəhrizi son günlər çox populyarlaşıb. Bu pəhrizə əsasən, gün ərzində sadəcə su və ya ət suyu içmək lazımdır. Bu pəhrizi yalnız həkimin nəzarətində saxlamaq lazımdır və maksimum bir neçə gün davam etdirilir.

Adətən, böyük bir əməliyyata girmədən öncə və ya əməliyyatdan sonra xəstələrə tövsiyə edilsə də, kilo vermək və şişkinlikdən xilas olmağı arzulayanlar da maye pəhrizinə müraciət edirlər. Şəkər xəstələri əsla bu pəhrizi saxlamamalıdırlar.

Maye pəhrizi orqanizmin su balansını saxlamaqla bədəndən tullantıların atılmasını təmin edir. Bu isə özünüzü daha xəfif və enerjili hiss etməyinizə səbəb olur.

Pəhriz zamanı aşağıdakı qidaları yeməyə və içməyə icazə var:

• Su

• Meyvə suyu (alma və ya yaşıl üzüm)

• Karbohidratlı içkilər

• Marmelad

• Sadə çay və qəhvə

• Pomidor və digər tərəvəzlərin suyu

• İdmançı içkiləri

• Yağsız ət suyu

• Bal

1 günlük maye pəhrizi saxlayan insanlar gün ərzində aşağıdakı kimi qidalanmalıdırlar:

Səhər yeməyi

1 stəkan meyvə suyu

1 kasa jele

1 fincan çay və ya qəhvə

Ara yemək

1 stəkan meyvə suyu

1 kasa jele

Günorta yeməyi

1 stəkan meyvə suyu

1 stəkan su

1 stəkan ət suyu

1 kasa jele

Qəlyanaltı

80-100 qram meyvəli dondurma

1 fincan çay və ya qəhvə

Axşam yeməyi

1 stəkan meyvə suyu

1 kasa ət suyu

1 kasa jele

1 fincan çay və ya qəhvə

Bu pəhriz insanın həzm və bağırsaq sistemini təmizləyir. Qarındakı şişkinliyi azaldır və bədənin formada qalmasına kömək edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm