AKP və MHP-nin dombra mübarizəsi
Bizi izləyin

Dünya

AKP və MHP-nin dombra mübarizəsi

Xəbər verdiyimiz kimi, AKP seçki kampaniyasında Q a f q a z musiqisi olan dombradan da istifadə edəcək (http://publika.az/p/7156 ).

Noğaylara aid olan və dombra ( tənbur ) üstündə ifa olunan mahnının nəqarət hissəsində isə AKP lideri Rəcəp Tayyip Ərdoğana uyğun dəyişiklik aparılaraq,

“Göründüyü kimi olan,
Gücünü millətdən alan,
Rəcəp Təyyib Ərdoğan”
“Məzlumlara sirdaş olan,
Qəriblərə yoldaş olan,
Rəcəp Tayyip Ərdoğan”


formasına salınıb.

Publika.Az xəbər verir ki, MHP buna qarşı artıq hərəkətə keçib. MHP lideri Dövlət Baxçalının dombranın müəllifi Arslanbek Sultanbekovu qəbyul etməsi də bua işarədir.

A. Sultanbekov MHP lideri üçün dombra ifa edib.Ehtimal olunur ki, AKP bu mahnını seçməklə milətçilərin könlünü almaq istəyir. Mahnının millətçi kimi tanınan Uğur İşılak tərəfindən səsləndirilməsi də bu ehtimalları artırır.

Qeyd edək ki, tənbur qədim türk xalqlarının aləti olmaqla yanaşı, bu gün Azərbaycanın Balakən-Zaqatala bölgəsində hələ də qorunub saxlanılır-həm də qıpçaq xalqlarında olduğu kimim dombur-dombra adı ilə.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm