Milli uğrunda savaş: Ağayar Axundzadə - Hacıağa Hacıəhmədov “duel”i
Bizi izləyin

İdman

Milli uğrunda savaş: Ağayar Axundzadə - Hacıağa Hacıəhmədov “duel”i

Milli uğrunda savaş: Ağayar Axundzadə - Hacıağa Hacıəhmədov “duel”i

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaherin Azərbaycan cüdo federasiyasındakı baş məşqçilik postundan uzaqlaşdırılması barədə məlumat vermişdik.

Publika.Az-a federasiyaya yaxın mənbədən daxil olan məlumata görə, cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin kimliyi yaxın zamanda bəlli olacaq. Bu barədə federasiyada müzakirələr aparılıb, yeni təyin ediləcək mütəxəssislə danışıqlar gedir. Federasiyanın yerli mütəxəssisə üstünlük verəcəyi deyilir.

Hətta Ağayar Axundzadənin yenidən postuna qayıda biləcəyi ehtimalı da var.

Ancaq millimizin Hacıağa Hacıəhmədova tapşırılması da gündəmdədir. O, uzun müddətdir əsas komandamızda köməkçi-məşqçi işləyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm