“Təşkilat yaratmağımız an məsələsidir”- Müsavatda bölünmə
Bizi izləyin

Nida.az

“Təşkilat yaratmağımız an məsələsidir”- Müsavatda bölünmə

“Təşkilat yaratmağımız an məsələsidir”

Müsavat Partiyasının Gənclər Təşkilatında (GT) yaranmış böhranlı vəziyyət davam edir. Təşkilatdan çıxarılan 8 gənc hələ də bərpa olunmayıb, məsələ Divanda müzakirəsi gözlənilir.

GT yeni rəhbərliyinə etiraz edən gənclərsə alternativ təşkilat yaradacaqlarını deyirlər.

Məsələ ilə bağlı GT-dən çıxarılan Cavanşir Abbaslı Publika.Az -a açıqlamasında bildirib ki, çıxarılan gənclərlə birlikdə partiya Divanının qərarını gözləyirlər: “Hazırda nisbi sakitlikdir.

Divan bu məsələləri araşdırır. Qərardan sonra ona uyğun olaraq addımlarımızı atacağıq. Bizi səsləndirdiyimiz fikirlərin arxasındayıq. Sadəcə hər şey bir qərardan asılıdır”.

C. Abbasov alternativ təşkilat yaratmağı da istisna etmir. Onun sözlərinə görə, bunun üçün gücləri də var: “Təşkilat yaratmaq gücümüz var, lazım gələrsə yaradacağıq. Onu da qeyd edim ki, nə təşkilat yaradacağıqsa, Müsavat Partiyası daxilində olacaq.

Biz gənclərin hər biri 103 illik ölkənin ana müxalifət partiyasının üzvü olmağımızla qürur duyuruq. O partiyadan ayrılmaq kimi bir fikrimiz yoxdur. Müsavat Partiyası heç kəsə xidmət etmir. Hamımızın partiyasıdır. Bunu heç kəs unutmasın. Hazırda Divanın qərarını gözləyirik.

Onu qeyd edə bilərəm ki, təşkilat yaratmağımız an məsələsidir. Sadəcə gözləməyi lüzum bilirik. Biz sona qədər divanın ədalətli qərar verəcəyinə inanırıq. Çünki hər cəhətdən ədalət biz tərəfdədir. Divan qərarından sonra konkret addımlar atılacaq”.

C. Abbaslı onu da bildirib ki, təşkilat yaratsalar, qarşı tərəfdən olanları da sıralarına qəbul edəcəklər.
“Biz o təşkilatı elan etsək, əks tərəfdən gələnlər olsa, qapımız üzlərinə açıqdır.

Çünki biz düşmən deyilik. Ən azında bir partiya daxilində, bir ideologiya ətrafında birləşmişik, mübarizə aparırıq”-deyə müsavatçı gənc bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm