Azərbaycan millisində dava- İki məşqçi əlbəyaxa oldu
Bizi izləyin

İdman

Azərbaycan millisində dava- İki məşqçi əlbəyaxa oldu

Azərbaycan millisində dava- İki məşqçi əlbəyaxa oldu

Cüdo üzrə yığma komandaya Peter Zayzenbaherin yerinə yerli mütəxəssisin gələcəyi barədə məlumat vermişdik.

Bildirmişdik ki, federasiyanın baş məşqçiliyə namizədləri siyahısında yığmanın keçmiş baş məşqçisi Ağayar Axundzadə və onun köməkçisi kimi işləmiş Hacıağa Hacıəhmədov da var. Ancaq üstünlük Hacıəhmədova verilirdi.

Dünən bu xəbər təsdiqini tapdı. Federasiya milli komandanın baş məşqçilik postuna Hacıağa Hacıəhmədovu gətirdi.

Publika.Az-a daxil olan məlumata görə, bu təyinat iki məşqçinin arasını vurub. Belə ki, Ağayar müəllim əvvəlki postuna qayıtmağı hədəfləyibmiş.

Amma federasiyanın son qərarı onu razı salmayıb. Ağayar Axundzadə və Hacıağa Hacıəhmədov arasında dava düşüb.

Ağayar müəllim Hacıağa Hacıəhmədovu baş məşqçi postuna “xüsusi xahiş”lə getməkdə günahlandırıb. Bundan sonra iki həmkar arasında mübahisə düşüb. Hadisənin böyüməsinin qarşısını idmançılar alıblar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm