Əfqanıstanda dəhşətli terror aktı: 33 ölü
Bizi izləyin

Dünya

Əfqanıstanda dəhşətli terror aktı: 33 ölü

Əfqanıstanın şərqində Nanqarxar vilayətinin Cəlilabad şəhərində böyük terror aktları törədilib.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bomba dövlət qulluqçularının maaş aldığı vaxt “New Kabul Bank”ının qarşısında partlayıb.

Məlumata görə, ən azı 33 nəfər həlak olub, yüzdən çox yaralı var. Şəhər polisinin rəhbəri Fazel Əhməd Şerzad bildirib ki, terror aktını bankın qarşısına motosikletlə gələn kamikadze törədib.

Şəhərdə ikinci partlayış informasiya və mədəniyyət departamentinin binasında baş verib. Bu partlayış nəticəsində ölənlər olmayıb.

Heç bir terror qruplaşması partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm