İŞİD Cənubi Qafqazda əsgərləri belə toplayır - ŞOK
Bizi izləyin

Dünya

İŞİD Cənubi Qafqazda əsgərləri belə toplayır - ŞOK

İŞİD Cənubi Qafqazda əsgər toplamaqda davam edir.


Publika.az xəbər verir ki, gürcü jurnalist Qeli Mtivlişvili bununla bağlı xüsusi qrupların yaradıldığını deyib.


Onun sözlərinə görə, Gürcüstanın Pankisi dərəsində İŞİD sıralarına qoşulmaq üçün gəncləri Suriyaya göndərən qruplar var: “Əldə etdiyim məlumata görə, həmin qrup bunun üçün sənədlər hazırlayır”.

Jurnalist bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinə məlumat verib.


Qeyd edək ki, aprelin 2-də Pankisi dərəsindən iki məktəbli İŞİD-ə qoşulmaq üçün evlərini tərk edərək Suriyaya gedib. 18 yaşlı Müslüm Kuştanaşvili və 16 yaşlı Ramzan Baqakaşvilinin Suriyada İŞİD-in hərbi düşərgəsində olduqlarını sübut edən videogörütülər yayılıb. Hər iki gənc ailələri ilə telefon əlaqəsi saxlayaraq, İŞİD sıralarında hərbi hazırlıq keçdiklərini bildiriblər.


Qeyd edək ki, bir neçə gün öncə qafqazşünas Mamuka Areşidze İŞİD-in Kvemo Kartli (Borçalı) bölgəsindən əsgər topladığını bildirib.


“İŞİD Kvemo Kartli və Acar vilayətlərindən əsgər toplayır”, - deyə o bildirib.


Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstanla yanaşı, Azərbaycan da eyni məsələyə görə narahatdır: “Bu ölkənin vətəndaşları arasında İŞİD tərkibində döyüşənlər var. Onlardan geri qayıdanlar həbs olunur. Lakin bu həmişə sığortalanmaq deyil. Eyni vəziyyət Gürcüstana da şamil olunmalıdır. Yəni regiona üçün təhlükə ciddidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm