Magazin1
ATV-nin sabiq vitse-prezidenti “Səni axtarıram”ın müəllifinin adını açıqladı - ÖZƏL
Artıq bir neçə gündür ki, ATV telekanalının rəhbəri Vüqar Qaradağlı ilə məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal səngimək bilmir.
Bu həftə mətbuat konfransı keçirən Xoşqədəm Hidayətqızı “Səni axtarıram” layihəsinin tam olaraq özünə aid olduğunu, lakin ona verilən efir vaxtı və hörmətdən dolayı layihənin Müəlliflik Hüququ Agentliyində qeydiyyatdan keçərkən ATV telekanalının da müstəsna hüquq sahibi olmasını özü istədiyini bildirib.
Hidayətqızının bu açıqlamasından sonra ATV telekanalının hazırkı prezidenti Vüqar Qaradağlı “Səni axtarıram” layihəsinin telekanalın keçmiş vitse-prezidenti Həsən Abdullayevə aid olduğunu bildirib.
“Veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub”.
Məsələ ilə bağlı Publika.az Həsən Abdullayev ilə əlaqə saxlayıb.
Publika.az-a eksklüziv açıqlamasında Abdullayev “Səni axtarıram” layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
“Bu məsələ ilə bağlı saytlar 3-4 gündür məni yığır və narahat edir. Əslində o vaxt Xoşqədəm xanım mənə yaxınlaşaraq ideyabarədə məlumat verib və belə bir veriliş yaratmaq istədiyini bildirib. Məndən efir vaxtı istəyib, mən də Xoşqədəm xanıma efir vaxtı vermişəm. Öz layihəsini bizim telekanalda həyata keçirib. Bu gün kim nə deyirsə, onun mənə heç bir aiddiyyatı yoxdur. Bu layihənin mənimlə əlaqəsi yoxdur. Bu, Xoşqədəm Hidayətqızının ideyasıdır”.
İsa Şükürov
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO