ŞOK: Bakıya maşın almağa gələn polisin yanmış meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

ŞOK: Bakıya maşın almağa gələn polisin yanmış meyiti tapıldı

Azərbaycanda tükürpədiçi cinayət hadisəsi baş verib.

Publika.az Avropa.info-ya istinadən xəbər verir ki, İmişli Rayon Polis İdarəsinin əməkdaşlarından birinin Bakıda yanmış vəziyyətdə meyiti tapılıb.

Məlumata görə, İmişli Rayon Polis İdarəsinin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Rabil adlı polis əməkdaşı olan dostu ilə Bakıya gəlib.

Onlar Bakıya gələrkən M.Kazımovun üzərində 12500 dollar miqdarında pul olub.

Daha sonra M.Kazımov Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyitinin üzərində araşdırma aparan tibbi ekspertiza meyitin M.Kazımova aid olduğunu müəyyən edib.

Əldə olunan məlumata görə, M.Kazımov qətlə yetirildikdən sonra meyiti yandırılıb.

İmişli polisindən əldə etdiyimiz məlumata görə, onunla Bakıya gələn Rabil adlı polis əməkdaşı hazırda şübhəli şəxs qismində saxlanılıb. Onun əvvəl verdiyi ifadələrlə təhlükəsizlik kamerasının qeydləri arasında uyğunsuzluq olduğu aşkarlanıb. Hazırda istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm