"Qarabağ" ən yaxşı klub seçildi - REYTİNQ
Bizi izləyin

İdman

"Qarabağ" ən yaxşı klub seçildi - REYTİNQ

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

454 klubun yer aldığı siyahıda 7 Azərbaycan təmsilçisi yer alıb.

Klublarımızın mövqeyində dəyişiklik olmayıb. Ən yaxşı göstəriciyə yenə "Qarabağ" sahibdi. Ağdam klubu 151-ci pillədə qərarlaşıb. "Neftçi" 181, "İnter" 269, "Xəzər Lənkəran" 296, "Bakı" 331 358 pillədə qərarlaşıb. "Qəbələ" ilə AZAL isə 359-cu pillələri bölüşür.

151 (151). Qarabağ - 11.500

181 (181). Neftçi - 9.000

269 (269). İnter - 5.000

296 (296). Xəzər Lənkəran - 4.250

331 (331). Bakı - 3.250

358 (358). Qəbələ - 2.750

359 (359). AZAL - 2.750

Reytinq cədvəlinə yenə "Real" başçılıq edir. "Kral Klubu"nu "Barselona" və "Bavariya" izləyir. İlk "onluq"da yerdəyişmə də olub. Belə ki, "Portu" 8-ci pilləyə yüksəlib, "Arsenal" 9-cu yerə düşüb.

1 (1). Real - 167.228

2 (2). Barselona - 156.228

3 (3). Bavariya - 149.711

4 (4). Çelsi - 142.078

5 (5). Atletiko - 120.228

6 (6). Benfika - 118.209

7 (7). Şalke 04 - 111.711

8 (9). Portu - 111.209

9 (8). Arsenal - 110.078

10 (10). Mançester Yunayted - 103.078.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm