Dünya
Lukaşenko da Moskvaya gəlməkdən imtina etdi
Belorus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirakdan imtina edib.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarusun BELTA agentliyi bildirib.
Məlumata görə, Belarus prezidenti həmin gün Minskdə keçiriləcək paradı qəbul edəcəyini deyib. Dövlət başçısı həmçinin Moskvaya getməkdən imtina edən dövlət liderlərinin qərarını dəstəkləmədiyini vurğulayıb.
“Bu yolverilməzdir ki, qoşun paytaxta çıxarılır, amma baş komandan yoxdur. Bu, prinsip etibarilə qəbuledilməzdir. Belarusda Konstitusiya üzrə baş komandandan başqa heç kim paradı qəbul edə bilməz”, - Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.
Daha əvvəl məlum olub ki, Kremlin dəvətindən Polşa, Finlandiya, Cənubi Koreya, Çernoqoriya, İsrail, Bolqarıstan, Moldova, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Almaniya kansleri Angela Merkel isə Moskvaya yalnız mayın 10-da gəlmək niyyətindədir.
Ömər Dağlı
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı