Soçi şəhər rəhbərliyindən erməni icmasına zərbə
Bizi izləyin

Dünya

Soçi şəhər rəhbərliyindən erməni icmasına zərbə

Rusiyanın Soçi şəhərinin rəsmi orqanları erməni icmasının uydurma “erməni soyqırımı”nın “100 illik yubileyi” ilə bağlı tədbirlər keçirməsinə icazə verməyib.

Publika.az AzərTac-a istinadən məlumat verir ki, hüquq mühafizə orqanları bu cür tədbirləri şəhərdə ekstremizmin və terrorizmin təbliği kimi qiymətləndiriblər.

Bundan əlavə, yol kənarlarından uydurma soyqırımı ilə bağlı bannerlər yığışdırılıb, aprelin 18-də keçirilməsi nəzərdə tutulan anım mərasimi ləğv edilib.

Soçi Daxili İşlər İdarəsinin rəisi S.Oqurtsovun imzaladığı bildirişdə qeyd olunur ki, erməni diasporu qanunsuz aksiyalar keçirsə məsuliyyətə cəlb olunacaq.

Yeri gəlmişkən, 2011-ci ildə Soçi rəhbərliyi erməni diasporunu quldur erməni generalı Andranikin şəhərdə qanunsuz ucaldılmış heykəlini götürməyə məcbur etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm