Tanınmış aktyor: “Şorgöz deyiləm, amma…”
Bizi izləyin

Magazin1

Tanınmış aktyor: “Şorgöz deyiləm, amma…”

Çoxdan görünməyən tanınmış aktyor Natiq Fərzəliyevdən xəbər var. Aktyor Türkiyəli rejissorun filmində rol alıb.

Bu barədə Publika.az-a danışan aktyor yeni filminin ürəyincə olduğunu bildirib:

“Hamı mənə deyir ki, hardasan, niyə görünmürsən? Vallah mən elə öz işimdəyəm, teatrda rollarımı oynayıram. Bu yaxınlarda da məni türk filminə dəvət etdilər. “Qaytar pulumu” adlı həmin filmdə yerli və türk aktyorları iştirak edir. Çəkilişlərin bir hissəsi Bakıda, bir hissəsi Türkiyədə aparılıb. Filmin rejissoru Metin Yüceldir”.

Yeni obrazına gəlincə, aktyor, komediya janrında çəkilən filmdə şorgöz obrazını canlandıracaq: “Mənə şorgöz obrazı tapşırılıb. Həyatda şorgöz olmasam da, filmdə şorgözlükdə mənə çatan olmaz. Sonradan varlanan bir kişinin həyatından bəhs edən filmdə baş qəhrəmanı canlandırıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm