Gözəllik
Balla daha gözəl və parıltılı saçlara qovuşun
Saç qulluğunda bahalı məhsullardan heç bir fayda götürə bilməyənlərin sayı günü-gündən artır. Artıq qadınlar başa düşürlər ki, əsl gözəllik və sağlamlıq yalnız təbiətin bizə bəxş etdiyi təbii məhsullarla mümkündür.
Təbii məhsullardan hazırlanan maskalar xüsusilə saçlarda daha tez müsbət nəticə verir.
Mütəxəssislər saçlara qulluq məqsədi ilə baldan istifadəni tövsiyə edirlər.
Bal saçı nəmləndirir, saçların itirdiyi elastikliyi bərpa edir. Eyni zamanda saçı yumşaldır və sürətlə uzanmasına təkan verir.
Antibakterial xüsusiyyəti sayəsində saçın tez çirklənib yağlanmasının qarşısını alır.
Balın ən yaxşı cəhətlərindən biri də odur ki, onu hər saç tipinə uyğun maskalara əlavə etmək olur.
Məsələn, quru və solğun saçlar üçün maska reseptinin tərkibinə baxaq:
Yarım stəkan təbii bal
3 xörək qaşığı zeytun yağı
Hazırlanması:
Bu iki məhsulu qarışdırıb ocağın üzərində 1-2 dəqiqə saxlayın. Daha sonra maskanı saç dibləri də daxil olmaqla bütün başınıza çəkin. 20 dəqiqə gözləyib şampunla saçı təmizləyin.
Saçları gücləndirən maska
Tərkibi:
2 xörək qaşığı süzmə, bir xörək qaşığı bal, 1 xörək qaşığı kokos yağı
Hazırlanması:
Hamısını bir qaba töküb qarışdırın.
Saçınızın uzunluğunu nəzərə alaraq kokos yağının miqdarını azaldıb, çoxalda bilərsiniz.
Qarışığı saç dərinizə çəkib masaj edin. Daha sonra bütün saçınıza çəkin. 15 dəqiqə gözləyib yuyun.
Süzmənin tərkibindəki laktik turşusu saç dərisini təmiz saxlayır, zülallar saçı gücləndirir. Kokos yağı isə saçı yumşaldır və parıltı verir.
3.Saç dərisi üçün maska
Tərkibi:
Yarım stəkan bal, 2 ədəd banan, yarım stəkan zeytun yağı
Hazırlanması:
Hamısını bir qabda qarışdırıb saçın dibindən başlayaraq ucuna kimi çəkin. 10 dəqiqə gözləyib ilıq suyla yuyun.
Banan qaşınan və sızanaqlar meydana gələn saç dərisini sakitləşdirir. Saç dibini nəmləndirir.
Ləman Sultan
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...