Məryəm Üzərli qızı ilə birlikdə sevgilisinin evində - FOTOLAR
Bizi izləyin

Magazin2

Məryəm Üzərli qızı ilə birlikdə sevgilisinin evində - FOTOLAR

Uzun müddət Almaniyada yaşadıqdan sonra Türkiyəyə qayıdan aktrisa Məryəm Üzərli sevgilisi Ozan Güvənlə birlikdə görüntülənib.

Bir müddət öncə eşq yaşadıqları iddia edildikdə, bu xəbərləri təkzib edən cütlüyün yalanı ortaya çıxıb.

Publika.az xəbər verir ki, Məryəm qızı Lara ilə birlikdə Ozanın evinə gedib.

Bundan xəbər tutan paparassilər dərhal evin önünə toplaşıblar.

Ozan Güvən qapıya çıxaraq Məryəmin qızı Laranın şəkillərinin çəkilməsini istəmədiyini bildirib. Ozanın sözlərinə rəğmən, jurnalistlər oradan uzaqlaşmayıblar. Çarəsiz qalan Məryəm Üzərli qızını qucağına alıb, üzünü pencəyi ilə örtərək Ozan Güvənin evindən çıxıb və dərhal maşınına minib.

Ozan Güvən və Məryəm Üzərli jurnalistlərin suallarını cavabsız qoysalar da, onların eşq yaşadıqları faktı artıq təsdiq edilmiş sayılır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm