Qara Qarayev VI müasir musiqi festivalı başladı - FOTOLAR
Bizi izləyin

Magazin1

Qara Qarayev VI müasir musiqi festivalı başladı - FOTOLAR

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, mərasim dahi bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən “İntroduksiya”nın səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqisinin son onilliklərdə xüsusi yüksəliş dövrünü yaşadığını vurğulayıb.

Nazir müavini bu il beynəlxalq səviyyəli Mstislav Rostropoviç, “İpək Yolu”, Qəbələ, Üzeyir Hacıbəyli və caz festivallarının keçiriləcəyini bildirib.

Sonra musiqilər ifa edilib. Festival çərçivəsində ilk olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur isveçrəli gitaraçı, professor Kristof Jaggin ustad dərsi keçib.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndirilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm