Xumardan təzə xəbər: “Az qaldı” dedi - FOTO
Bizi izləyin

Magazin1

Xumardan təzə xəbər: “Az qaldı” dedi - FOTO

Hər zaman orijinallığı ilə seçilən Xumar Qədimovanın bu dəfə də fərqli layihəsi ilə sənət aləmində yaxşı mənada səs-küy yaradacaq.

Bu barədə Publika.az-a danışan sənətçi “Əl-ələ tut gedək” adlı layihəsini yaxın günlərdə üzə çıxaracağını deyib.


Kompozisiyanın sözləri tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevaya, musiqisi X.Qədimovanın özünə aiddir. X.Qədimovanı Əvəz Muradovun rəhbərliyi altında fəaliyyət göstərən orkestr müşayiət edib.


Xalq artistləri Alim Qasımov, Nurəddin Mehdixanlı, ifaçı Novruz Savalanın yer aldığı layihədə instrumental ifa Hikmət Aslanova məxsusdur.

Xumar xanım təəssüratlarını Publika.az-la bölüşüb: “Lap az qaldı. Yeni layihəm qısametrajlı film kimi təqdim olunacaq. Hələ belə bir yaradıcılıq işini görməmisiniz. Xumar bu dəfə də hər kəsi öz musiqisinin sehrinə salacaq”.

Qeyd edək ki, layihənin yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm